ət-Tayyib(Yaxşı) - Nöqsanlardan münəzzəh olan; Özü və bütün felləri pak olan; ən gözəl adlara və sifətlərə sahib olan; pak olanları sevən və yalnız pak olanı qəbul edən deməkdir.
Qurani-Kərimdə Ət-Tayyib adı zikr edilməmişdir. Bu adın zikri hədislərdə keçməkdədir.
Peyğəmbər – sallallahu aleyhi və səlləm – belə buyurmuşdur:
“Ey insanlar! Həqiqətən Allah pakdır və yalnız pak olanı qəbul edir.”