Allahın Gözəl Adları

əş-Şaafi

Şəfa verən

الشَّافِي

əş-Şaafi (Şəfa verən) - Bədən və qəlb xəstəliklərini və onların müalicəsini çox yaxşı bilən; təkbaşına bu xəstəlikləri aradan qaldırıb yox edən; Onun şəfa verməsindən başqa heç bir şəfa olmayan; zərəri və sıxıntını Ondan başqa heç kəsin aradan qaldıra bilmədiyi; dinini bütün bəşəriyyət üçün şəfa və dərman olaraq göndərən deməkdir.

Qurani-Kərimdə Əş-Şafi adı zikr edilməmişdir. Bu adın zikri hədislərdə keçməkdədir.

Peyğəmbər – sallallahu aleyhi və səlləm – belə buyurmuşdur:
“Ey insanların Rəbbi! Zərəri aradan qaldır, şəfa ver. Sən Əş-Şafisən, şəfa verənsən.”