Surə 100
əl-Adiyat
C
Qaçan atlar
11 ayə |
Məkkə
Surə 100 • 11-dən 1-ci ayə • Cüz 307⁄8 • Səh. 599
əl-Adiyat
2
1
وَٱلْعَٰدِيَٰتِ ضَبْحًا١
Musayev
And olsun tövşüyərək qaçan atlara!
2
فَٱلْمُورِيَٰتِ قَدْحًا٢
Musayev
And olsun (dırnaqları ilə) qığılcım çıxaran atlara!
3
فَٱلْمُغِيرَٰتِ صُبْحًا٣
Musayev
And olsun sübh çağı həmlə edən atlara.
4
فَأَثَرْنَ بِهِۦ نَقْعًا٤
Musayev
(Hücuma keçərək) tozanaq qaldıran atlara.
5
فَوَسَطْنَ بِهِۦ جَمْعًا٥
Musayev
Onunla (tozanaqla) dəstənin içərisinə soxulan atlara.
6
إِنَّ ٱلْإِنسَٰنَ لِرَبِّهِۦ لَكَنُودٌ٦
Musayev
Həqiqətən, insan Rəbbinə qarşı çox nankordur.
7
وَإِنَّهُۥ عَلَىٰ ذَٰلِكَ لَشَهِيدٌ٧
Musayev
O özü də buna şahiddir.
8
وَإِنَّهُۥ لِحُبِّ ٱلْخَيْرِ لَشَدِيدٌ٨
Musayev
Həqiqətən o, xeyirə (var-dövlətə) çox hərisdir.
9
۞۞ أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِى ٱلْقُبُورِ٩
Musayev
Məgər o bilmir ki, qəbirlərdə olanlar (dirilib) çıxardılacağı
10
وَحُصِّلَ مَا فِى ٱلصُّدُورِ١٠
Musayev
və sinələrdə (qəlblərdə) olanlar aşkar ediləcəyi zaman –
11
إِنَّ رَبَّهُم بِهِمْ يَوْمَئِذٍ لَّخَبِيرُۢ١١
Musayev
O gün Rəbbi onlardan xəbərdardır.