Surə 43
əz-Zuxruf
M
Qızıl bəzəklər
89 ayə |
Məkkə
Surə 43 • 89-dən 1-ci ayə • Cüz 254⁄8 • Səh. 489
əz-Zuxruf
2
1
حمٓ١
Musayev
Hə. Mim.[1]
[1] Bax. əl-Bəqərə surəsi birinci ayəsinin qeydi.
2
وَٱلْكِتَٰبِ ٱلْمُبِينِ٢
Musayev
(Bu) açıq-aydın Kitaba and olsun!
3
إِنَّا جَعَلْنَٰهُ قُرْءَٰنًا عَرَبِيًّا لَّعَلَّكُمْ تَعْقِلُونَ٣
Musayev
Biz onu, anlayasınız deyə, ərəbcə Quran etdik
4
وَإِنَّهُۥ فِىٓ أُمِّ ٱلْكِتَٰبِ لَدَيْنَا لَعَلِىٌّ حَكِيمٌ٤
Musayev
Şübhəsiz ki, o, yanımızdakı ana kitabdadır (lövhi-məhfuzdadır). O, ucadır, hikmətlə doludur.
5
أَفَنَضْرِبُ عَنكُمُ ٱلذِّكْرَ صَفْحًا أَن كُنتُمْ قَوْمًا مُّسْرِفِينَ٥
Musayev
Yoxsa, siz (şirk və küfür etməklə) həddi aşan bir qövm olduğunuza görə, Zikri (Quranı) sizə çatdırmaqdan vaz keçməliyikmi?!
6
وَكَمْ أَرْسَلْنَا مِن نَّبِىٍّ فِى ٱلْأَوَّلِينَ٦
Musayev
Biz əvvəlki ümmətlərə də neçə-neçə peyğəmbər göndərmişdik.
7
وَمَا يَأْتِيهِم مِّن نَّبِىٍّ إِلَّا كَانُواْ بِهِۦ يَسْتَهْزِءُونَ٧
Musayev
Onlara elə bir peyğəmbər gəlmədi ki, ona istehza etməsinlər.
8
فَأَهْلَكْنَآ أَشَدَّ مِنْهُم بَطْشًا وَمَضَىٰ مَثَلُ ٱلْأَوَّلِينَ٨
Musayev
Biz onlardan (qövmündən) daha qüvvətli olanları məhv etdik. Əvvəlkilərin aqibəti (Quranda) ötüb keçmişdir.
9
وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ لَيَقُولُنَّ خَلَقَهُنَّ ٱلْعَزِيزُ ٱلْعَلِيمُ٩
Musayev
Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, mütləq: “Onları Qüdrətli və Bilən (Allah) yaratmışdır!”– deyəcəklər.
10
ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَرْضَ مَهْدًا وَجَعَلَ لَكُمْ فِيهَا سُبُلًا لَّعَلَّكُمْ تَهْتَدُونَ١٠
Musayev
O Allah ki, yeri sizin üçün döşədi və (istədiyiniz yerə) düz gedə biləsiniz deyə sizin üçün orada yollar saldı.
11
وَٱلَّذِى نَزَّلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۢ بِقَدَرٍ فَأَنشَرْنَا بِهِۦ بَلْدَةً مَّيْتًا ۚ كَذَٰلِكَ تُخْرَجُونَ١١
Musayev
O Allah ki, göydən lazımı qədər su endirdi. Biz onunla ölü bir diyarı diriltdik. Siz də (dirildilib qəbirlərinizdən) belə çıxarılacaqsınız.
12
وَٱلَّذِى خَلَقَ ٱلْأَزْوَٰجَ كُلَّهَا وَجَعَلَ لَكُم مِّنَ ٱلْفُلْكِ وَٱلْأَنْعَٰمِ مَا تَرْكَبُونَ١٢
Musayev
O Allah ki, bütün cütləri xəlq etdi. Mindiyiniz gəmiləri və heyvanları yaratdı ki,
13
لِتَسْتَوُۥاْ عَلَىٰ ظُهُورِهِۦ ثُمَّ تَذْكُرُواْ نِعْمَةَ رَبِّكُمْ إِذَا ٱسْتَوَيْتُمْ عَلَيْهِ وَتَقُولُواْ سُبْحَٰنَ ٱلَّذِى سَخَّرَ لَنَا هَٰذَا وَمَا كُنَّا لَهُۥ مُقْرِنِينَ١٣
Musayev
onları minəsiniz, sonra mindiyiniz zaman Rəbbinizin nemətini yada salıb deyəsiniz: “Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı.
14
وَإِنَّآ إِلَىٰ رَبِّنَا لَمُنقَلِبُونَ١٤
Musayev
Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq”.
15
وَجَعَلُواْ لَهُۥ مِنْ عِبَادِهِۦ جُزْءًا ۚ إِنَّ ٱلْإِنسَٰنَ لَكَفُورٌ مُّبِينٌ١٥
Musayev
(Müşriklər: “Mələklər Allahın qızlarıdır”– deməklə) Allahın qullarından bəzisini Onun bir hissəsi qəbul etdilər (Ona övladlar və şəriklər qoşdular). Həqiqətən insan açıq-aydın nankordur.
16
أَمِ ٱتَّخَذَ مِمَّا يَخْلُقُ بَنَاتٍ وَأَصْفَىٰكُم بِٱلْبَنِينَ١٦
Musayev
Yoxsa (Allah) yaratdıqlarından qızları Özünə götürüb oğlanları sizin üçün seçmişdir?!
17
وَإِذَا بُشِّرَ أَحَدُهُم بِمَا ضَرَبَ لِلرَّحْمَٰنِ مَثَلًا ظَلَّ وَجْهُهُۥ مُسْوَدًّا وَهُوَ كَظِيمٌ١٧
Musayev
Onlardan birinə, Rəhmana aid etdiyi (qız uşağı) ilə müjdə verilsə, qəm-qüssədən üzü qapqara qaralar.
18
أَوَمَن يُنَشَّؤُاْ فِى ٱلْحِلْيَةِ وَهُوَ فِى ٱلْخِصَامِ غَيْرُ مُبِينٍ١٨
Musayev
Yoxsa onlar zinət içində böyüdülən və mübahisə etdikdə aydın danışa bilməyən (qadınlarımı Allaha isnad edirlər?!)
19
وَجَعَلُواْ ٱلْمَلَٰٓئِكَةَ ٱلَّذِينَ هُمْ عِبَٰدُ ٱلرَّحْمَٰنِ إِنَٰثًا ۚ أَشَهِدُواْ خَلْقَهُمْ ۚ سَتُكْتَبُ شَهَٰدَتُهُمْ وَيُسْـَٔلُونَ١٩
Musayev
Onlar Rəhmanın qulları olan mələkləri qız hesab etdilər. Məgər onlar (mələklərin) yaradılışına şahidmi olublar? Onların bu şahidliyi yazılacaq və buna görə sorğu-sual olunacaqlar.
20
وَقَالُواْ لَوْ شَآءَ ٱلرَّحْمَٰنُ مَا عَبَدْنَٰهُم ۗ مَّا لَهُم بِذَٰلِكَ مِنْ عِلْمٍ ۖ إِنْ هُمْ إِلَّا يَخْرُصُونَ٢٠
Musayev
Onlar: “Əgər Rəhman istəsəydi, biz onlara ibadət etməzdik!”– dedilər. Onların bu haqda heç bir elmi yoxdur. Onlar ancaq yalan danışırlar.
21
أَمْ ءَاتَيْنَٰهُمْ كِتَٰبًا مِّن قَبْلِهِۦ فَهُم بِهِۦ مُسْتَمْسِكُونَ٢١
Musayev
Yoxsa onlara bundan (bu Qurandan) əvvəl bir kitab vermişik, onlar da ona istinad edirlər?!
22
بَلْ قَالُوٓاْ إِنَّا وَجَدْنَآ ءَابَآءَنَا عَلَىٰٓ أُمَّةٍ وَإِنَّا عَلَىٰٓ ءَاثَٰرِهِم مُّهْتَدُونَ٢٢
Musayev
Xeyr! Onlar: “Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedirik!”– deyirlər.
23
وَكَذَٰلِكَ مَآ أَرْسَلْنَا مِن قَبْلِكَ فِى قَرْيَةٍ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَآ إِنَّا وَجَدْنَآ ءَابَآءَنَا عَلَىٰٓ أُمَّةٍ وَإِنَّا عَلَىٰٓ ءَاثَٰرِهِم مُّقْتَدُونَ٢٣
Musayev
Biz səndən əvvəl hansı bir məmləkətə xəbərdarlıq edən (bir peyğəmbər) göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri: “Biz atalarımızı bu yolda gördük və biz də onların ardınca gedəcəyik!”– dedilər.
24
۞۞ قَٰلَ أَوَلَوْ جِئْتُكُم بِأَهْدَىٰ مِمَّا وَجَدتُّمْ عَلَيْهِ ءَابَآءَكُمْ ۖ قَالُوٓاْ إِنَّا بِمَآ أُرْسِلْتُم بِهِۦ كَٰفِرُونَ٢٤
Musayev
(Peyğəmbər) dedi: “Əgər sizə atalarınızın tutduğu o yoldan daha doğrusunu göstərsəm necə?” Onlar dedilər: “Biz sizinlə göndərilənləri inkar edirik”.
25
فَٱنتَقَمْنَا مِنْهُمْ ۖ فَٱنظُرْ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُكَذِّبِينَ٢٥
Musayev
Biz də onlardan intiqam aldıq. Bir bax (haqqı) yalan sayanların aqibəti necə oldu.
26
وَإِذْ قَالَ إِبْرَٰهِيمُ لِأَبِيهِ وَقَوْمِهِۦٓ إِنَّنِى بَرَآءٌ مِّمَّا تَعْبُدُونَ٢٦
Musayev
Bir zaman İbrahim öz atasına və qövmünə (belə) dedi: “Mən sizin ibadət etdiklərinizdən uzağam.
27
إِلَّا ٱلَّذِى فَطَرَنِى فَإِنَّهُۥ سَيَهْدِينِ٢٧
Musayev
Yalnız məni yaradandan başqa! Şübhəsiz ki, O məni doğru yola yönəldəcəkdir”.
28
وَجَعَلَهَا كَلِمَةًۢ بَاقِيَةً فِى عَقِبِهِۦ لَعَلَّهُمْ يَرْجِعُونَ٢٨
Musayev
O, bu (lə iləhə illəllah kəlməsini) öz nəsli arasında daimi qalacaq bir kəlmə etdi ki, bəlkə doğru yola qayıtsınlar.
29
بَلْ مَتَّعْتُ هَٰٓؤُلَآءِ وَءَابَآءَهُمْ حَتَّىٰ جَآءَهُمُ ٱلْحَقُّ وَرَسُولٌ مُّبِينٌ٢٩
Musayev
Doğrusu, Mən bunlara da, atalarına da, haqq (Quran) və (onu) bəyan edən bir elçi (Muhamməd) gələnədək gün-güzəran nəsib etdim.
30
وَلَمَّا جَآءَهُمُ ٱلْحَقُّ قَالُواْ هَٰذَا سِحْرٌ وَإِنَّا بِهِۦ كَٰفِرُونَ٣٠
Musayev
Onlara haqq (Quran) gəldikdə isə: “Bu, sehrdir, biz onu inkar edirik!”– dedilər.
31
وَقَالُواْ لَوْلَا نُزِّلَ هَٰذَا ٱلْقُرْءَانُ عَلَىٰ رَجُلٍ مِّنَ ٱلْقَرْيَتَيْنِ عَظِيمٍ٣١
Musayev
Onlar: “Kaş ki bu Quran iki şəhərdən (Məkkədən və ya Taifdən) olan böyük bir adama (Vəlid bin Müğirəyə və Ürvə bin Məsuda) nazil ediləydi?”– dedilər.
32
أَهُمْ يَقْسِمُونَ رَحْمَتَ رَبِّكَ ۚ نَحْنُ قَسَمْنَا بَيْنَهُم مَّعِيشَتَهُمْ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۚ وَرَفَعْنَا بَعْضَهُمْ فَوْقَ بَعْضٍ دَرَجَٰتٍ لِّيَتَّخِذَ بَعْضُهُم بَعْضًا سُخْرِيًّا ۗ وَرَحْمَتُ رَبِّكَ خَيْرٌ مِّمَّا يَجْمَعُونَ٣٢
Musayev
Yoxsa Rəbbinin rəhmətini onlarmı bölüşdürürlər? Biz dünya həyatında onların dolanışıqlarını aralarında bölüşdürdük. Biri digərini öz yanına işçi götürsün deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün etdik. Rəbbinin rəhməti onların yığdıqlarından daha xeyirlidir.
33
وَلَوْلَآ أَن يَكُونَ ٱلنَّاسُ أُمَّةً وَٰحِدَةً لَّجَعَلْنَا لِمَن يَكْفُرُ بِٱلرَّحْمَٰنِ لِبُيُوتِهِمْ سُقُفًا مِّن فِضَّةٍ وَمَعَارِجَ عَلَيْهَا يَظْهَرُونَ٣٣
Musayev
Əgər insanlar (kafirlərə verdiyimiz nemətlərə baxıb küfürdə birləşən) vahid bir ümmət olmasaydı, Rəhmanı inkar edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları da gümüşdən edərdik,
34
وَلِبُيُوتِهِمْ أَبْوَٰبًا وَسُرُرًا عَلَيْهَا يَتَّكِـُٔونَ٣٤
Musayev
evlərinin qapılarını və söykəndikləri taxtları da,
35
وَزُخْرُفًا ۚ وَإِن كُلُّ ذَٰلِكَ لَمَّا مَتَٰعُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۚ وَٱلْـَٔاخِرَةُ عِندَ رَبِّكَ لِلْمُتَّقِينَ٣٥
Musayev
zinət də (verərdik). Bütün bunlar dünya həyatının keçici zövqüdür. Axirət isə Rəbbinin yanında yalnız Allahdan qorxanlar üçündür.
36
وَمَن يَعْشُ عَن ذِكْرِ ٱلرَّحْمَٰنِ نُقَيِّضْ لَهُۥ شَيْطَٰنًا فَهُوَ لَهُۥ قَرِينٌ٣٦
Musayev
Kim Rəhmanın zikrindən üz döndərsə, Biz şeytanı ona musallat edərik, o da ona yoldaş olar.
37
وَإِنَّهُمْ لَيَصُدُّونَهُمْ عَنِ ٱلسَّبِيلِ وَيَحْسَبُونَ أَنَّهُم مُّهْتَدُونَ٣٧
Musayev
Şeytanlar onları (haqq) yoldan azdırar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər.
38
حَتَّىٰٓ إِذَا جَآءَنَا قَالَ يَٰلَيْتَ بَيْنِى وَبَيْنَكَ بُعْدَ ٱلْمَشْرِقَيْنِ فَبِئْسَ ٱلْقَرِينُ٣٨
Musayev
Nəhayət, o, hüzurumuza gəldikdə (yoldaşına) deyər: “Kaş ki, mənimlə sənin aranda məşriqlə məğrib (arasındakı) uzaqlıq qədər (məsafə) olaydı. Sən nə pis yoldaş imişsən!”
39
وَلَن يَنفَعَكُمُ ٱلْيَوْمَ إِذ ظَّلَمْتُمْ أَنَّكُمْ فِى ٱلْعَذَابِ مُشْتَرِكُونَ٣٩
Musayev
(Qiyamət günü onlara deyilər:) “Siz (nəfsinizə) zülüm etdiyinizə görə bu gün əzaba şərik olmağınız sizə heç bir fayda verməz!”
40
أَفَأَنتَ تُسْمِعُ ٱلصُّمَّ أَوْ تَهْدِى ٱلْعُمْىَ وَمَن كَانَ فِى ضَلَٰلٍ مُّبِينٍ٤٠
Musayev
(Ey Peyğəmbər!) Yoxsa sənmi karlara eşitdirəcəksən, yaxud korları və açıq-aşkar azğınlıq içində olanları doğru yola yönəldəcəksən?
41
فَإِمَّا نَذْهَبَنَّ بِكَ فَإِنَّا مِنْهُم مُّنتَقِمُونَ٤١
Musayev
Biz səni aparsaq da (onlara əzab verməzdən əvvəl öldürsəkdə), yenə onlardan intiqam alacağıq.
42
أَوْ نُرِيَنَّكَ ٱلَّذِى وَعَدْنَٰهُمْ فَإِنَّا عَلَيْهِم مُّقْتَدِرُونَ٤٢
Musayev
Yaxud onlara vəd etdiyimizi (əzabı) sənə göstərərik. Şübhəsiz ki, Bizim onlara gücümüz yetər.
43
فَٱسْتَمْسِكْ بِٱلَّذِىٓ أُوحِىَ إِلَيْكَ ۖ إِنَّكَ عَلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ٤٣
Musayev
Elə isə sən özünə vəhy olunandan yapış! Şübhəsiz ki, sən düz yoldasan.
44
وَإِنَّهُۥ لَذِكْرٌ لَّكَ وَلِقَوْمِكَ ۖ وَسَوْفَ تُسْـَٔلُونَ٤٤
Musayev
Həqiqətən, o (Quran) sənin üçün və sənin qövmün üçün bir şərəfdir. Siz sorğu-sual ediləcəksiniz.
45
وَسْـَٔلْ مَنْ أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رُّسُلِنَآ أَجَعَلْنَا مِن دُونِ ٱلرَّحْمَٰنِ ءَالِهَةً يُعْبَدُونَ٤٥
Musayev
(Ey Peyğəmbər!) Səndən əvvəl göndərdiyimiz elçilərdən (onların davamçılarından) soruş: “Məgər Biz Rəhmandan başqa ibadət ediləsi ilahlarmı etdik?
46
وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِـَٔايَٰتِنَآ إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِيْهِۦ فَقَالَ إِنِّى رَسُولُ رَبِّ ٱلْعَٰلَمِينَ٤٦
Musayev
Biz Musanı ayələrimizlə Firona və onun əyanlarına göndərdik. (Musa) dedi: “Mən aləmlərin Rəbbinin elçisiyəm!”
47
فَلَمَّا جَآءَهُم بِـَٔايَٰتِنَآ إِذَا هُم مِّنْهَا يَضْحَكُونَ٤٧
Musayev
(Musa) ayələrimizi onlara gətirdikdə, onlar bu ayələrə (istehza edərək) güldülər.
48
وَمَا نُرِيهِم مِّنْ ءَايَةٍ إِلَّا هِىَ أَكْبَرُ مِنْ أُخْتِهَا ۖ وَأَخَذْنَٰهُم بِٱلْعَذَابِ لَعَلَّهُمْ يَرْجِعُونَ٤٨
Musayev
Onlara göstərdiyimiz hər bir ayə, əvvəlki ayələrdən daha böyük idi. Biz onları əzabla yaxaladıq ki, bəlkə, (haqq yola) qayıdalar.
49
وَقَالُواْ يَٰٓأَيُّهَ ٱلسَّاحِرُ ٱدْعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِندَكَ إِنَّنَا لَمُهْتَدُونَ٤٩
Musayev
Onlar: “Ey sehrbaz! Sənə verdiyi əhd xatirinə Rəbbinə bizdən ötrü dua et. Biz mütləq doğru yola gələcəyik”– dedilər.
50
فَلَمَّا كَشَفْنَا عَنْهُمُ ٱلْعَذَابَ إِذَا هُمْ يَنكُثُونَ٥٠
Musayev
Biz əzabı onlardan uzaqlaşdıran kimi, sözlərindən döndülər.
51
وَنَادَىٰ فِرْعَوْنُ فِى قَوْمِهِۦ قَالَ يَٰقَوْمِ أَلَيْسَ لِى مُلْكُ مِصْرَ وَهَٰذِهِ ٱلْأَنْهَٰرُ تَجْرِى مِن تَحْتِىٓ ۖ أَفَلَا تُبْصِرُونَ٥١
Musayev
Firon qövmünə səslənib dedi: “Ey qövmüm! Misir mülkü və altımdan (qəsrimin altından) axan bu çaylar mənim deyilmi? Məgər (mənim qüdrətimi və əzəmətimi) görmürsünüz?
52
أَمْ أَنَاْ خَيْرٌ مِّنْ هَٰذَا ٱلَّذِى هُوَ مَهِينٌ وَلَا يَكَادُ يُبِينُ٥٢
Musayev
Əksinə mən bu aciz və az qala (sözünü belə) aydın başa sala bilməyən kimsədən daha xeyirliyəm.
53
فَلَوْلَآ أُلْقِىَ عَلَيْهِ أَسْوِرَةٌ مِّن ذَهَبٍ أَوْ جَآءَ مَعَهُ ٱلْمَلَٰٓئِكَةُ مُقْتَرِنِينَ٥٣
Musayev
Nə üçün ona qızıl bilərziklər taxılmayıb yaxud onunla birlikdə bir-birinin ardınca (peyğəmbərliyini təsdiqləyən) mələklər gəlməyib?”
54
فَٱسْتَخَفَّ قَوْمَهُۥ فَأَطَاعُوهُ ۚ إِنَّهُمْ كَانُواْ قَوْمًا فَٰسِقِينَ٥٤
Musayev
(Beləliklə Firon) öz qövmünü aldatdı, onlar da ona itaət etdilər. Həqiqətən, onlar fasiq bir qövm idilər.
55
فَلَمَّآ ءَاسَفُونَا ٱنتَقَمْنَا مِنْهُمْ فَأَغْرَقْنَٰهُمْ أَجْمَعِينَ٥٥
Musayev
Onlar Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını (dənizdə) batırdıq.
56
فَجَعَلْنَٰهُمْ سَلَفًا وَمَثَلًا لِّلْـَٔاخِرِينَ٥٦
Musayev
Biz onları sonra gələnlərə örnək və ibrət etdik.
57
۞۞ وَلَمَّا ضُرِبَ ٱبْنُ مَرْيَمَ مَثَلًا إِذَا قَوْمُكَ مِنْهُ يَصِدُّونَ٥٧
Musayev
Məryəm oğlu misal çəkilincə sənin qövmün sevincdən güldü.
58
وَقَالُوٓاْ ءَأَٰلِهَتُنَا خَيْرٌ أَمْ هُوَ ۚ مَا ضَرَبُوهُ لَكَ إِلَّا جَدَلًۢا ۚ بَلْ هُمْ قَوْمٌ خَصِمُونَ٥٨
Musayev
Onlar dedilər: “Bizim ilahlarımız yaxşıdır, yoxsa o (Məryəm oğlu İsa)?” Onlar bunu sənə yalnız höcət etmək üçün dedilər. Doğrusu, onlar höcətləşən bir qövmdür.
59
إِنْ هُوَ إِلَّا عَبْدٌ أَنْعَمْنَا عَلَيْهِ وَجَعَلْنَٰهُ مَثَلًا لِّبَنِىٓ إِسْرَٰٓءِيلَ٥٩
Musayev
O, yalnız nemət verdiyimiz və İsrail oğullarına örnək etdiyimiz bir quldur.
60
وَلَوْ نَشَآءُ لَجَعَلْنَا مِنكُم مَّلَٰٓئِكَةً فِى ٱلْأَرْضِ يَخْلُفُونَ٦٠
Musayev
Əgər istəsəydik, içinizdən yer üzündə sizi əvəz edəcək mələklər yaradardıq.
61
وَإِنَّهُۥ لَعِلْمٌ لِّلسَّاعَةِ فَلَا تَمْتَرُنَّ بِهَا وَٱتَّبِعُونِ ۚ هَٰذَا صِرَٰطٌ مُّسْتَقِيمٌ٦١
Musayev
Həqiqətən, o, (İsanın yer üzünə enməsi) Qiyamət saatının bir əlamətidir. Ona (Qiyamətə) şəkk etməyin, mənə tabe olun. Bu, doğru yoldur!
62
وَلَا يَصُدَّنَّكُمُ ٱلشَّيْطَٰنُ ۖ إِنَّهُۥ لَكُمْ عَدُوٌّ مُّبِينٌ٦٢
Musayev
Şeytan sizi (doğru yoldan) azdırmasın. Şübhəsiz ki, o, sizin açıq-aydın düşməninizdir.
63
وَلَمَّا جَآءَ عِيسَىٰ بِٱلْبَيِّنَٰتِ قَالَ قَدْ جِئْتُكُم بِٱلْحِكْمَةِ وَلِأُبَيِّنَ لَكُم بَعْضَ ٱلَّذِى تَخْتَلِفُونَ فِيهِ ۖ فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ٦٣
Musayev
İsa aydın dəlillər gətirdiyi zaman dedi: “Mən sizə hikmət gətirdim və barəsində ixtilafda olduğunuz bəzi şeyləri (Tövratın bəzi hökmlərini) izah etmək üçün gəldim. Allahdan qorxun və (sizə əmr etdiyim tövhid və şəri əhkamlarda) mənə itaət edin!
64
إِنَّ ٱللَّهَ هُوَ رَبِّى وَرَبُّكُمْ فَٱعْبُدُوهُ ۚ هَٰذَا صِرَٰطٌ مُّسْتَقِيمٌ٦٤
Musayev
Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Bu, doğru yoldur!”
65
فَٱخْتَلَفَ ٱلْأَحْزَابُ مِنۢ بَيْنِهِمْ ۖ فَوَيْلٌ لِّلَّذِينَ ظَلَمُواْ مِنْ عَذَابِ يَوْمٍ أَلِيمٍ٦٥
Musayev
Firqələr (nəsrani firqələri İsa barəsində) öz aralarında ixtilafa düşdülər (Onlardan bəziləri: “O, ilahdır”– dedi. Bəziləri: “O, Allahın oğludur”– dedi. Bəziləri də: “O və anası ilahdır”– dedi). Ağrılı-acılı bir günün əzabından vay zalımların halına!
66
هَلْ يَنظُرُونَ إِلَّا ٱلسَّاعَةَ أَن تَأْتِيَهُم بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ٦٦
Musayev
Yoxsa onlar özləri də hiss etmədən Qiyamət saatının qəflətən başlarının üstünü alacağınımı gözləyirlər?
67
ٱلْأَخِلَّآءُ يَوْمَئِذٍ بَعْضُهُمْ لِبَعْضٍ عَدُوٌّ إِلَّا ٱلْمُتَّقِينَ٦٧
Musayev
O gün müttəqilərdən başqa (bütün) dostlar bir-birinə düşmən kəsiləcəklər.
68
يَٰعِبَادِ لَا خَوْفٌ عَلَيْكُمُ ٱلْيَوْمَ وَلَآ أَنتُمْ تَحْزَنُونَ٦٨
Musayev
“Ey qullarım! Bu gün sizə qorxu yoxdur və siz (heç) kədərlənməyəcəksiniz də.
69
ٱلَّذِينَ ءَامَنُواْ بِـَٔايَٰتِنَا وَكَانُواْ مُسْلِمِينَ٦٩
Musayev
O kəslər ki, ayələrimizə iman gətirib təslim olmuşlar.
70
ٱدْخُلُواْ ٱلْجَنَّةَ أَنتُمْ وَأَزْوَٰجُكُمْ تُحْبَرُونَ٧٠
Musayev
Siz də, zövcələriniz (və ya sizin kimi iman gətirmiş möminlər) də sevincli halda Cənnətə daxil olun!”
71
يُطَافُ عَلَيْهِم بِصِحَافٍ مِّن ذَهَبٍ وَأَكْوَابٍ ۖ وَفِيهَا مَا تَشْتَهِيهِ ٱلْأَنفُسُ وَتَلَذُّ ٱلْأَعْيُنُ ۖ وَأَنتُمْ فِيهَا خَٰلِدُونَ٧١
Musayev
Onların ətrafında qızıl sinilər və piyalələr dolandırılacaq. Orada nəfslərin istədiyi və gözlərin xoşlandığı hər şey vardır. Siz orada əbədi qalacaqsınız.
72
وَتِلْكَ ٱلْجَنَّةُ ٱلَّتِىٓ أُورِثْتُمُوهَا بِمَا كُنتُمْ تَعْمَلُونَ٧٢
Musayev
Bu sizin etdiyiniz əməllər sayəsində varis olduğunuz Cənnətdir.
73
لَكُمْ فِيهَا فَٰكِهَةٌ كَثِيرَةٌ مِّنْهَا تَأْكُلُونَ٧٣
Musayev
Orada sizin üçün bol meyvələr vardır, onlardan yeyəcəksiniz.
74
إِنَّ ٱلْمُجْرِمِينَ فِى عَذَابِ جَهَنَّمَ خَٰلِدُونَ٧٤
Musayev
Şübhəsiz ki, günahkarlar əbədi olaraq Cəhənnəm əzabı içində qalacaqlar.
75
لَا يُفَتَّرُ عَنْهُمْ وَهُمْ فِيهِ مُبْلِسُونَ٧٥
Musayev
Onların əzabı yüngülləşdirilməyəcək və onlar orada ümidsiz qalacaqlar.
76
وَمَا ظَلَمْنَٰهُمْ وَلَٰكِن كَانُواْ هُمُ ٱلظَّٰلِمِينَ٧٦
Musayev
Biz onlara zülm etmədik, lakin onlar özləri zalım idilər.
77
وَنَادَوْاْ يَٰمَٰلِكُ لِيَقْضِ عَلَيْنَا رَبُّكَ ۖ قَالَ إِنَّكُم مَّٰكِثُونَ٧٧
Musayev
Onlar (Cəhənnəm gözətçisini) çağırıb deyəcəklər: “Ey Malik! Qoy Rəbbin canımızı alıb qurtarsın!” O isə: “Siz (burada) əbədi qalacaqsınız!”– deyəcək.
78
لَقَدْ جِئْنَٰكُم بِٱلْحَقِّ وَلَٰكِنَّ أَكْثَرَكُمْ لِلْحَقِّ كَٰرِهُونَ٧٨
Musayev
Biz sizə haqqı gətirdik, lakin sizin çoxunuz haqqı xoşlamadı.
79
أَمْ أَبْرَمُوٓاْ أَمْرًا فَإِنَّا مُبْرِمُونَ٧٩
Musayev
Yoxsa (müşriklər) işə doğru qərar verdilər?! Heç şübhəsiz ki, doğru qərarı Biz veririk.
80
أَمْ يَحْسَبُونَ أَنَّا لَا نَسْمَعُ سِرَّهُمْ وَنَجْوَىٰهُم ۚ بَلَىٰ وَرُسُلُنَا لَدَيْهِمْ يَكْتُبُونَ٨٠
Musayev
Yoxsa onlar elə hesab edirlər ki, Biz onların sirlərini və gizli danışıqlarını eşitmirik?! Xeyr, onların yanında (əməlləri) yazan elçilərimiz vardır.
81
قُلْ إِن كَانَ لِلرَّحْمَٰنِ وَلَدٌ فَأَنَاْ أَوَّلُ ٱلْعَٰبِدِينَ٨١
Musayev
(Ey Peyğəmbər! Mələklərin Allahın qızları olduğunu iddia edən müşriklərə) De: “Əgər Rəhmanın bir övladı olsaydı, ona (o övlada) ibadət edənlərin birincisi mən olaram.
82
سُبْحَٰنَ رَبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ رَبِّ ٱلْعَرْشِ عَمَّا يَصِفُونَ٨٢
Musayev
Göylərin və yerin Rəbbi, Ərşin Rəbbi olan Allah, onların vəsf etdikləri sifətlərdən uzaqdır!”
83
فَذَرْهُمْ يَخُوضُواْ وَيَلْعَبُواْ حَتَّىٰ يُلَٰقُواْ يَوْمَهُمُ ٱلَّذِى يُوعَدُونَ٨٣
Musayev
(Ey Peyğəmbər!) Onları tərk et, qoy vəd olunduqları günə qovuşanadək (batil inanclarına) dalsınlar və (bir müddət dünya həyatında) əylənsinlər.
84
وَهُوَ ٱلَّذِى فِى ٱلسَّمَآءِ إِلَٰهٌ وَفِى ٱلْأَرْضِ إِلَٰهٌ ۚ وَهُوَ ٱلْحَكِيمُ ٱلْعَلِيمُ٨٤
Musayev
Göydə də ilah, yerdə də ilah Odur. O, Hikmət sahibidir, Biləndir.
85
وَتَبَارَكَ ٱلَّذِى لَهُۥ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا وَعِندَهُۥ عِلْمُ ٱلسَّاعَةِ وَإِلَيْهِ تُرْجَعُونَ٨٥
Musayev
Göylərin, yerin və onların arasındakı mülkün sahibi olan Allah xeyiri və bərəkəti bol olandır. Qiyamət saatının elmi Ondadır və siz Onun hüzuruna qaytarılacaqsınız.
86
وَلَا يَمْلِكُ ٱلَّذِينَ يَدْعُونَ مِن دُونِهِ ٱلشَّفَٰعَةَ إِلَّا مَن شَهِدَ بِٱلْحَقِّ وَهُمْ يَعْلَمُونَ٨٦
Musayev
(Müşriklərin) Allahdan başqa dua etdikləri şəfaətə sahib deyillər. Yalnız bildikləri halda (elm və bəsirət üzərində) haqqa şəhadət verənlər (ixlasla "lə iləhə illallah" deyənlər) bundan müstəsnadır.
87
وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَهُمْ لَيَقُولُنَّ ٱللَّهُ ۖ فَأَنَّىٰ يُؤْفَكُونَ٨٧
Musayev
Əgər onlardan özlərini kimin yaratdığını soruşsan, mütləq: “Allah!”– deyərlər. Elə isə (haqdan) necə döndərilirlər?!
88
وَقِيلِهِۦ يَٰرَبِّ إِنَّ هَٰٓؤُلَآءِ قَوْمٌ لَّا يُؤْمِنُونَ٨٨
Musayev
Onun (Peyğəmbərin qövmündən Rəbbinə şikayət edərək): “Ey Rəbbim! Bunlar iman gətirməyən bir qövmdür!”- deməsi də (Bizə məlumdur).
89
فَٱصْفَحْ عَنْهُمْ وَقُلْ سَلَٰمٌ ۚ فَسَوْفَ يَعْلَمُونَ٨٩
Musayev
Onlardan üz döndər və (şərlərindən uzaq olmaq üçün) “Salam!” de. Onlar biləcəklər.