əl-Qüddus (Müqəddəs) — Hər cür qüsurdan münəzzəh, əskiklikdən və şərdən uzaq olan deməkdir. Çünki Uca Allahın bütün sifətləri kamal və cəlal sifətləridir.
Qurani-Kərimdə Əl-Quddus adı 2 dəfə zikr edilmişdir.
“Göylərdə və yerdə olanların hamısı, Məlik (göylərin və yerin mülkünün sahibi), Qüddus (bütün qüsurlardan pak), Əziz (yenilməz güc-qüvvət sahibi) və Hikmətli olan Allahı təsbih edirlər.” (Surə 62 «əl-Cumuə», ayə 1)