Allahın Gözəl Adları

əl-Mütəkəbbir

Vüqarlı

المُتَكَبِّرُ

əl-Mütəkəbbir - Böyüklük və əzəmət sahibi olan, üstün olan; sifətləri yaratdıqlarının sifətlərindən üstün olan, onların gücündən daha üstün gücə malik olan deməkdir. Bu ad tərif və mədh məqsədilə yalnız Uca Allah üçün istifadə olunur.

Qurani-Kərimdə Əl-Mütəkəbbir adı 1 dəfə zikr edilmişdir.

“(O) Əzizdir, Cabbardır, Mütəkəbbirdir. Allah (müşriklərin) Ona qoşduqlarından (şəriklərdən) ucadır” (Surə 59 «əl-Həşr», ayə 23)