Allahın Gözəl Adları

əl-İlah

İlahi, tanrı

الإِلهُ

əl-İlah (İlahi, Tanrı) — kamil sifətləri və əməlləri sayəsində ibadətə və pərəstişə layiq olandır. İlah sözü ilə ibadət edilən hər hansı bir şeyi adlandırmaq olar, lakin yalnız Allah ibadətə layiqdir, çünki O, mütləq qüdrət və hakimiyyətə, hədsiz elm və hikmətə, hər şeyi əhatə edən eşitmə və görməyə, hər şeyə şamil olan mərhəmət və xeyirxahlığa malikdir.

Qurani-Kərimdə zikr olunur: 147 dəfə (sözün bütün formaları, o cümlədən batil tanrılar haqqında).

Dəlil: Sizin məbudunuz Tək olan İlahdır. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur, O, Mərhəmətlidir, Rəhmlidir. (Surə 2 «əl-Bəqərə», ayə 163)