əl-Hadi (Bələdçi) — Yaratdıqlarına Özünü və rububiyyətini ilham edən, onların mənafeyinə uyğun olan şeyləri və ruzi qazanma yollarını göstərən, yolun xeyir və şər olanını bildirən, istədiklərini doğru yola müvəffəq edib bunu onlara ilham edən deməkdir.
Qurani-Kərimdə əl-Hadi adı 2 dəfə zikr olunmuşdur.
“Rəbbin hidayət edən və yardım edən olaraq kifayətdir.” (Surə 25 «əl-Furqan», ayə 31)