Allahın Gözəl Adları

əl-Kafi

Kifayət edən

الكَافِي

əl-Kafi (Kifayət edən, Xilas edən) — kamilliyin bütün sifətlərini Özündə toplayan, bərabəri olmayan və köməkçilərə ehtiyacı olmayan, Ona təvəkkül edənləri bəlalardan qoruyan və ehtiyacdan qurtarandır. əl-Xəttabi yazır: “əl-Kafi qullarını narahatlıqlardan xilas edən və fəlakətlərdən qoruyan, köməyi başqa heç kəsə ehtiyac duymamaq üçün kifayət edəndir.”

Qurani-Kərimdə zikr olunur: 1 dəfə.

Dəlil: Məgər Allah Öz quluna kifayət deyilmi?! (Müşriklər) isə səni (Allahdan) başqaları ilə qorxudurlar. Allahın azdırdığı kimsəyə doğru yol göstərən tapılmaz. (Surə 39 «əz-Zumər», ayə 36)