Allahın Gözəl Adları

ən-Nasir

Köməkçi

النّصِيرُ

ən-Nasir (Köməkçi) — Mömin qullarından istədiyinə yardım edən; yardım etdiyi kəsi heç kimin məğlub edə bilmədiyi və yardımını kəsdiyi kəsə isə heç kimin kömək edə bilmədiyi deməkdir.

Qurani-Kərimdə ən-Nasir adı 4 dəfə, Xeyru’n-Nasirîn adı isə 1 dəfə zikr edilmişdir.

“O, nə gözəl Mövladır, nə gözəl Nəsirdir.” (Surə 8 «əl-Ənfal», ayə 40)

“O, Xeyru’n-Nasirîn-dir (yardım edənlərin ən xeyirlisidir).” (Surə 3 «Ali-İmran», ayə 150)