əl-Maulə (Həvadar, Himayəçi, Sahib, Qoruyan) — O, hər şeyi idarə edən və bütün işləri tənzimləyən Himayəçidir. Uca Allah bütün yaradılışın Mövlasıdır; yəni O, onların Yaradıcısı, Hökmranı və yalnız Ona ibadət edilməyə layiq olan Həqiqi İlahdır. O, möminləri sevir və onlara xüsusi kömək və dəstək verir.
«Allah sizin ixtiyar sahibinizdir. O, nə gözəl Mövla, necə də gözəl imdada yetəndir» (Surə 22 «əl-Həcc», ayə 78)
«O, ən gözəl həvadar və ən yaxşı imdada çatandır» (Surə 8 «əl-Ənfal», ayə 40)