əl-Məcid (Şanlı) — Sifətləri və Onunla bağlı olan hər şey ilə əhatəli olan; zatı və felləri əzəmətli; ehsanı və kərəmi geniş olan; əzəmətinə görə məxluqatın Onu təkrar-təkrar həmd və səna ilə tərif etdiyi deməkdir.
Qurani-Kərimdə Əl-Məcid adı 2 dəfə* zikr edilmişdir.
“Şübhəsiz ki, O, Həmiddir, Məciddir.” (Surə 11 «Hud», ayə 73)