əl-Mubin (Aydınlaşdırıcı) — varlığı aşkar olan və yaratdıqlarında Özünü göstərən, haqqı və qullarının ehtiyac duyduğu hər şeyi aydınlaşdıran, hər şeydən uca olan və yaratdıqlarından ayrı olandır. Bu ad Allahın şanını və qüdrətini, bizim isə Ona ifadə olunmaz ehtiyacımızı vurğulayır. O, əzəmətini bəyan edir və gizlətmir, sifətlərini gizlətmir və izah edir, əməllərini gizlətmir və qullarına göstərir, çünki Onun adları və sifətləri nöqsansızdır və O, ən yaxşı, ən dolğun və ən kamil tərifə layiqdir.
Qurani-Kərimdə zikr olunur: 1 dəfə.
Dəlil: O gün Allah onlara özlərinə layiq cəzanı tam verəcək və onlar Allahın açıq-aşkar haqq olduğunu biləcəklər. (Surə 24 «ən-Nur», ayə 25)