əl-Cabbar - istədiyi hər hansı bir şeyə məcbur etməyə qadir olan
O, Özündən başqa heç bir ilah olmayan, Məlik (göylərin və yerin mülkünün sahibi), Qüddus (bütün qüsurlardan pak), Salam (bütün eyib və naqis sifətlərdən uzaq), Mömin (haqqı təsdiq edən və qullarına əmin-amanlıq bəxş edən), Muhəymin (hər bir şeyi müşahidə edən), Əziz (yenilməz güc-qüvvət sahibi), Cabbar (istədiyi hər hansı bir şeyə məcbur etməyə qadir olan), Mutəkəbbir (əzəmətli, təkəbbürlü və məxluqata aid sifətlərdən uzaq) olan Allahdır. Allah (müşriklərin) Ona qoşduqlarından (şəriklərdən) ucadır. (Surə 59 «əl-Həşr» , ayə 23)