Allahın Gözəl Adları

əl-Məlik

Ali hökmdar

المَلِكُ

əl-Məlik (Ali hökmdar) — Göylərin, yerin və onların içində olan hər şeyin mülkü Özünə məxsus olan; Ondan üstün bir Məlikin (Hökmdarın) olmadığı; kainatda tam təsərrüf və mütləq mülk sahibi, hər şeyin maliki olan deməkdir. Əl-Məlik adı Uca Allahın mülkünün nə qədər böyük olduğunu göstərir.

Qurani-Kərimdə Əl-Məlik adı 5 dəfə, Əl-Məliik (uzadılmış tələffüzlə) adı 1 dəfə, Əl-Maalik adı isə 2 dəfə zikr edilmişdir.

“O, Məlikdir, Quddusdur (Surə 59 «əl-Həşr», ayə 23)

“De ki: Ey Malikul-Mülk (mülkün sahibi) olan Allahım!” (Surə 3 «Ali-İmran», ayə 26)