Allahın Gözəl Adları

əs-Sittir

Gizlədən

السِّتِّيرُ

əs-Sittir ( Gizlədən) - Qullarını çox örtən, onları digər insanların gözündə rüsvay etməyən, qullarının da öz ayıblarını örtməsini istəyən və insanı alçaldacaq ayıblardan uzaq olmağı sevən deməkdir.

Qurani-Kərimdə əs-Sittir adı zikr olunmamışdır. Bu ad hədislərdə qeyd edilmişdir.

Peyğəmbər — sallallahu aleyhi və səlləm — belə buyurmuşdur: “Şübhəsiz ki, Allah çox həya sahibidir və Sittirdir (örtəndir).”