Allahın Gözəl Adları

əl-Qaffar

Hər şeyi bağışlayan

الغَفَّارُ

əl-Qaffar (Hər şeyi bağışlayan) - Daim əfv edən, bütün günahları örtən deməkdir. Bu ad “örtmək”, “gizlətmək”, “çirklərdən qorumaq” mənasını verən “ğafr” kökündən törəmişdir. əl-Ğafir kəlməsi Qurani-Kərimdə iki dəfə, əl-Ğafur doxsan bir dəfə, əl-Ğaffar beş dəfə keçmişdir.

Siz məni Allaha küfür etməyə və bilmədiyim bir şeyi Ona şərik qoşmağa çağırırsınız, mən isə sizi qüdrətli, çox bağışlayan Allaha çağırıram. (Surə 40 «Ğafir» , ayə 42)