Allahın Gözəl Adları

əl-Ğafur

Bağışlayan

الغَفُورُ

əl-Ğafur ( Bağışlayan ) — Günahları bağışlayan, tövbə edənlərin tövbəsini qəbul edən, qullarının günahlarını örtən və onların üzərinə şəfqət və mərhəmət libasını endirən deməkdir.

əl-Ğaffâr: Uca Allahın günahları çox-çox bağışlayan olduğunu bildirir.

Qurani-Kərimdə əl-Ğafûr ismi 91 dəfə, əl-Ğaffâr ismi 5 dəfə, Ğâfiru’z-Zenb ismi isə 1 dəfə zikr edilmişdir.

“Şübhəsiz ki, Allah Ğafûr’dur, Rahîm’dir.” (Surə 42 «əş-Şura», ayə 5)

“O, Azîz’dir, Ğaffâr’dır.” (Surə 39 «əz-Zumər», ayə 5)

“Ğâfiru’z-Zenb və tövbəni qəbul edəndir.” (Surə 40 «Ğafir», ayə 3)