Əl-Xəllaq(Yaradan ) — Çox-çox yaradan, var edən və bunu nöqsansız şəkildə edən deməkdir.
Əl-Xaliq — Məxluqatı yoxdan var edən, əvvəlcədən heç bir bənzəri olmadan yaradıb varlıq aləmində icad edən deməkdir.
Qurani-Kərimdə Əl-Xaliq adı 8 dəfə, Əl-Xəllaq adı isə 2 dəfə zikr edilmişdir.
“O Allah Xaliqdir, Baridir, Musavvirdir.” (Surə 59 «əl-Həşr», ayə 24)
“Şübhəsiz ki, Rəbbin Xəllaqdır və Alimdir.” (Surə 15 «əl-Hicr», ayə 86)