əl-Müqtədir(İqtidarlı) — İstədiyi hər şeyi etməyə qadir olan; göylərdə və yerdə heç kəsin Onu aciz qoya bilməyəcəyi deməkdir.
Əl-Muqtədir adı qüdrət sahibi olmaqda mübaliğə (daha güclü vurğu) ifadə edir.
Əl-Qadir isə qüdrəti kamil olan mənasına gəlir.
Qurani-Kərimdə Əl-Qadir adı 12 dəfə, Əl-Qədir adı 45 dəfə, Əl-Muqtədir adı isə 4 dəfə zikr edilmişdir.
“De ki: Allah sizə üstünüzdən (göydən) və ya ayaqlarınızın altından (yerdən) bir əzab göndərməyə Qadirdir.” (Surə 6 «əl-Ənam», ayə 65)
“O, hər şeyə Qədirdir.” (Surə 2 «əl-Bəqərə», ayə 20)
“Onlar Qüdrətli bir Məlikin (Hökmdarın) yanında – haqq məqamında, cənnətdədirlər.” (Surə 54 «əl-Qəmər», ayə -1)