əl-Qavi (Güc sahibi, Qüvvətli) - O, mütləq güc və qüvvət sahibidir, heç kəs Ona qalib gələ bilməz və Onu aciz edə bilməz, hökmü rədd edilməyən, əmrləri yerinə yetirilən, yaratdıqları ilə bağlı hökmləri mütləq gerçəkləşər, mömin bəndələrinə kömək edən, kafirlər və tövhidi inkar edənlərə qarşı əzabı çox şiddətli olandır.
Qurani Kərimdə əl-Qavi adı 9 yerdə keçir.
…Həqiqətən Allah, Qüvvətlidir, cəzası da çox şiddətlidir. (Surə 8 «əl-Ənfal» , ayə 52)
…Həqiqətən, Rəbbin Qüvvətlidir, Qüdrətlidir. (Surə 11 «Hud» , ayə 66)
…Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir. (Surə 22 «əl-Həcc» , ayə 40)
Onlar Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir! (Surə 22 «əl-Həcc» , ayə 74)
Allah Qüvvətlidir, Qüdrətlidir. (Surə 33 «əl-Əhzab» , ayə 25)
Həqiqətən, O, Qüvvətlidir, cəzası da şiddətlidir. (Surə 40 «Ğafir» , ayə 22)
Allah Öz qullarına qarşı Lütfkardır. O, istədiyinə ruzi verir. O, Qüvvətlidir, Qüdrətlidir. (Surə 42 «əş-Şura» , ayə 19)
…Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir. (Surə 57 «əl-Hədid» , ayə 25)
Allah əzəldən belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir. (Surə 58 «əl-Mucadilə» , ayə 21)