Allahın Gözəl Adları

əl-Vitr

Yeganə

الوِتْرُ

əl-Vitr(Yeganə, Bərabərsiz) — Bənzəri və tayı olmayan, tək olan deməkdir.

Qurani-Kərimdə Əl-Vitr adı zikr edilməmişdir. Bu adın zikri hədislərdə keçməkdədir.

Dəlil:
“… وَهُوَ وِتْرٌ يُحِبُّ الْوِتْرَ …”

Peyğəmbər – sallallahu aleyhi və səlləm – belə buyurmuşdur:
“Allah Vitrdir (Təkdir), təki (Vitr namazın) sevər.” (Müslim rivayətində)