əl-Cavad (Səxavətli) — Bəxş etdikləri ilə bütün məxluqatı əhatə edən, fəzli və kərəmi ilə onları bol nemətlərə qərq edən, xüsusilə mömin bəndələrinə dünya və axirətdə bol-bol ikram edən deməkdir.
Qurani-Kərimdə əl-Cəvad adı zikr olunmamışdır. Bu ad hədislərdə qeyd edilmişdir.
Peyğəmbər — sallallahu aleyhi və səlləm — belə buyurmuşdur: “Şübhəsiz ki, Allah Cəvaddır (səxavətlidir) və səxavəti sevir.”