əl-Həyyu (Həyalı) — Bu ad uca Allahın Özünə layiq şəkildə həya sifətinə sahib olduğunu göstərir. Bu həya sifəti insanların həyası kimi deyil. Bu, kərəm və yaxşılıq, səxavət və əzəmət mənasında olan bir həya sifətidir.
Qurani-Kərimdə əl-Həyyu adı zikr olunmamışdır. Bu ad hədislərdə qeyd edilmişdir.
Dəlil: “Şübhəsiz ki, Allah Həyyidir (çox həya sahibidir) və Sittirdir (örtəndir). Həyanı və örtməyi sevir.”