Allahın Gözəl Adları

ət-Təvvab

Tövbə qəbul edən

التَّوَّابُ

ət-Təvvab ( Tövbə qəbul edən ) — İstədiyi qullarına Özünə qayıdıb tövbə etməyi və günah etdikdən sonra Ona yönəlməyi nəsib edən, onların tövbələrini qəbul edib əfv edərək bağışlayan deməkdir.

Qurani-Kərimdə ət-Təvvab ismi 11 dəfə zikr edilmişdir.

“Şübhəsiz ki, Allah Təvvabdır, Rəhimdir.” (Surə 49 «əl-Hucurat», ayə 12)