ər-Raqib (Nəzarətçi) — qullarını görən və əməllərini müşahidə edən, onların sözlərini və hərəkətlərini saxlayan və sayan, qullarından itaət tələb edən və onları itaətsizlikdən çəkindirəndir. əl-Xəttabi yazır: “O, heç nəyi nəzərdən qaçırmayan Qoruyucudur.”
Qurani-Kərimdə zikr olunur: 3 dəfə.
Dəlil: Bundan sonra (başqa) qadınlarla evlənmək, gözəllikləri səni heyran etsə də, onları başqa qadınlarla dəyişmək sənə halal deyildir. Sahib olduğun cariyələr isə müstəsnadır. Allah hər şeyə nəzarət edəndir. (Surə 33 «əl-Əhzab», ayə 52)