Allahın Gözəl Adları

əs-Səmi

Hər şeyi eşidən

السَّمِیعُ

əs-Səmi (Hər şeyi eşidən) — Eşitməsi ilə bütün gizli olanı və pıçıltıları duyan, qullar tərəfindən deyilən hər sözü eşidən, heç bir şeyin Ondan gizli qalmasının mümkün olmadığı, dua və istək edənlərin müraciətlərini eşidib cavab verən deməkdir.

Qurani-Kərimdə Əs-Səmi’ adı 45 dəfə zikr edilmişdir.

“O, Səmi’dir, Bəsirdir.” (Surə 42 «əş-Şura», ayə 11)